Britiş Petrolium Gürcüstandan keçən təbii qaz kəmərinin yenidən açıldığını, lakin iki əsas neft kəmərinin hələ də bağlı qaldığını bildirib. BP rəsmiləri deyiblər ki, Bakı-Tbilisi-Ərzurum kəməri ilə qazın nəqli bərpa edilib. Kəmər təhlükəsizlik səbəbilə çərşənbə axşamı günü bağlanmıdır.
Bununla belə, Bakı-Supsa neft kəməri bağlı olaraq qalır. BP Gürcüstan rəsmiləri Rusiyanın ərazini bombaladığı haqda xəbər verdikdən sonra kəmərin çərşənbə axşamı günü bağlandığını elan etmişdi.