Fransa
deyir ki, Rusiya prezidenti Dmitri Medvedev Rus qüvvələrinin bazar ertəsi
Gürcüstandan çıxarılacağını vəd edib.
Fransa prezidenti Nikola Sarkozının idarəsi deyir ki, qoşunların
çıxarılması barərə öhdəliyi rus lideri prezidentlər arasındakı telefon
söhbətində öz üzərinə götürüb. Fransa
prezidenti cənab Medvedevə xəbərdarlıq edib ki, əgər Moskva bazar günü
imzaladığı atəşkəs razılığına əməl etməsə, ciddi nəticələrlə qarşılaşacaq. Rus əsgərləri dünən Tbilisidən 50 kilometr
məsafədə yerləşən İqeoti şəhərinin mərkəzindən geri çəkilməyə başlayıblar. Qərb hökumətləri Moskvaya qüvvələrini geri
çəkmək üçün təzyiq göstərirlər. ABŞ və
Fransa Rusiyanı Gürcüstanla bağladığı atəşkəs haqda razılığa əməl etməməkdə günahlandırıblar.