Pakistanın
hakim koalisiyasının üzvləri bu gün bir araya gələrək prezident Pərviz
Müşərrəfə qarşı impiçmentlə bağlı ittihamların siyahısını tamamlayıblar. Rəsmilər deyirlər ki, əgər prezident istefa
verməsə, onda bu ittihamlar çərşənbə
günü parlamentə təqdim olunacaq və impiçment prosesi başlanacaq. İmpiçment layihəsi üzrə komitə bildirir ki,
ittihamlara konstitutsiyanı tapdamaq və başqa qeyri-qanuni hərəkətlər daxildir. Pakistanın xarici işlər naziri Şah Mahmud
Qureşi Prezident Müşərrəfi istefa verib-verməmək qərarını nəzərdən keçirməyə
çağırıb. Cənab Müşərrəf hələ ki, istefa
verməkdən boyun qaçırır.