Accessibility links

Əfqanıstanda 9 mülki vətəndaş qətlə yetirilib


Birləşmiş Ştatlar və Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, ABŞ hərbi bazası yaxınlığında həyata keçirilən intiharçı hücumu 9 mülki vətəndaşın ölümü, 13 nəfərin yaralanması ilə nəticələnib. Rəsmilər maşına yerləşdirilmiş bombanın bu gün Xost vilayətində həyata keçirildiyini bildirirlər. Hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb.

Xost vilayətinin qubernatoru Arsala Camal deyib ki, ikinci hücumçu birinci hücumu araşdıran müstəntiqlərə yaxınlaşmış və partlayıcı maddəni işə salmamışdan əvvəl güllə ilə vurulmuşdur. Qeyd edək ki, hücum Əfqanıstanın müstəqillik günü geyd edildiyi bu gün minlərlə əlavə polisin paytaxt Kabildə yerləşdirildiyi vaxta təsadüf edir.

XS
SM
MD
LG