Pakistan prezidenti Pərviz Müşərrəf deyib ki, o, millətə ziyanlı impiçment prosesinin qarşısını almaq üçün istefa verir. Bu gün xalqa televiziya vasitəsilə ünvanladığı müraciətdə cənab Müşərrəf pis əməl törətmədiyini və ölkənin maraqları naminə vəzifəsini tərk etdiyini söyləyib. O, impiçmentlə bağlı ittihamları əsassız adlandırmış, lakin bunlarla mübarizə aparmağın sabitliyi daha da poza biləcəyini vurğulamışdır.
Hakim koalisiyanın üzvü, senator Raza Rabbani cənab Müşərrəfin istefasını demokratiya üçün qələbə adlandırıb. Cənab Müşərrəfi kimin əvəzləyəcəyi aydın deyil.