Gürcüstandakı
xarici jurnalistlər və başqa şahidlərin sözlərinə görə, rus qüvvələrinin geri
çəkilməyə hazırlaşması hiss olunmur. Rusiya ordu sözçüsü general Anatoli
Noqovitsin isə
bu gün deyib ki,
ölkəsi Gürcüstanı tərk etməyə başlayıb. Ancaq jurnalistlərlə yanaşı, gürcü rəsmilər
də açıqlayıb ki, rus qüvvələr Cənubi Osetiya regionundan kənarlarda da əsas
mövqelərində qalmaqdadır. Bu gün habelə
ABŞ rəsmilərinin bildirdiyinə görə, Rusiya cümə günü Cənubi Osetiyaya bir neçə
raket qurğusu köçürüb. Təxminən 2 həftə əvvəl Rusiya tanklarını və qoşunlarını
Gürcüstana göndərmişdi. Ölkə bununla öz vətəndaşlarını qoruduğunu bildirir.