Əfqanıstan paytaxtı Kabildən 50 km-lik məsafədə Taliban yaraqlıları ilə qarşıdurma zamanı azı 10 Fransa əsgərinin qətlə yetirildiyi xəbər verilir. Rəsmilər yaraqlıların dünən NATO-nun Beynəlxalq Yardım Qüvvələrinə hücumu zamanı 21 əlavə fransız əsgərinin yaralandığını bildirirlər. Fransa prezidenti Nikola Sarkozinin idarəsi bildirir ki, prezident hərbi qüvvələrlə görüşmək üçün Əfqanıstana səfər edəcək.
Bu gün də həmçinin Taliban yaraqlılarının ABŞ hərbi qüvvələrinə hücum etdiyi bildirilir. Əfqanıstan rəsmiləri 6 intiharçının Xost vilayəti yaxınlığndakı Salerno düşərgəsi yaxınlığında özlərini partlatdıqlarını deyirlər.