Accessibility links

Ərdoğan ‘Qafqaz Evi’nə görə Bakıya gedir


"Rəcəb Tayyib Ərdogan Azərbaycana Qafqaz Evi ideyasını müzakirə etmək üçün gedir". Bunu Bunu Türkiyə baş nazirinin müşaviri Qeybulla Ramazanoglu "Amerikanın Səsı" radiosuna bildirib.
O deyib ki, avqustun 20-də baş tutacaq birgünlük səfərin əsas mövzusu regional sabitliyin təminidir.
"Bu həm siyasət, həm iqtisadiyyat, həm də etika məsələsidir. Qafqaz evi ideyası ilk dəfə Süleyman Dəmirəl tərəfindən irəli sürülüb və müzakirə edilsə də konkret nəticə əldə olunmamışdı. İndi Cənab Ərdogan bu işi reallaşdırmaq istəyir", - deyə Türkiyə baş nazirinin müşaviri vurgulayıb.
Cənab Ramazanoglu onu da bildirib ki, ideya reallaşsa, ittifaqa ilk növbədə Azərbaycan, Gürcüstan, Ermənistanla yanaşı Türkiyə ilə Rusiya da qoşulmalıdır. Onun sözlərinə görə, gələcəkdə bu ölkələrin sırası daha da genişlənə bilər.
Baş nazirin müşaviri deyib ki, Ankara habelə Qafqazda hərbi qüvvələr balansının qorunması üçün Moskva ilə ayrılıqda dialoq aparır.

XS
SM
MD
LG