Accessibility links

Zərdari Pakistanın yeni prezidenti ola bilər


Pakistanın müxalif partiyası sabiq prezident Pərviz Müşərrəfi kimin əvəz edəcəyinə dair mövqe tuturlar. Muttahida Qaumi Hərəkatının rəsmiləri deyir ki, ölkənin növbəti prezidenti Pakistan Xalq Partiyasının lideri Asif Əli Zərdari ola bilər. Zərdari və onun partiyası sabiq baş nazir Nəvaz Şərifin Pakistan Müsəlman Liqası-N partiyası ilə birgə hakim koalisiyaya rəhbərlik edir. Qaumi Hərəkatı rəsmiləri Zərdarinin prezident olmasını alqışlayıb. Pakistanın hakim koalisiyasının liderləri yeni prezidentin seçilməsi məsələsini dünən müzakirə edib. Konstitusiyaya əsasən prezident 30 gün ərzində müəyyən olunmalıdır.
XS
SM
MD
LG