ABŞ prezidenti Corc Buş Amerikanın terrorizmlə mübarizə səylərini bir daha müdafiə edərək, Administarsiyasının terrorizmə qarşı təzyiqlərini davam etdirəcəyini deyib. Prezident Buş bu həftə Amerika prezidentliyinə demokrat və respublikaçı namizədlər -Barak Obama və Con Makkeynin nitq söyədiyi ABŞ veteranları Mərkəzində çıxış edib.
Cor Buş deyib ki, 1993-cü il Dünya Ticarət Mərkəzinə qarşı hücumdan sonra bəzi insanlar məsuliyyətə cəlb edilsə də, 8 il sonra Əl-Qaidə yenidən öz işini bərpa edərək, 2001-ci ildə 11 sentyabr terror aksiyalarını həyata keçriməklə, 3 mindən artıq insanın həyataına son qoydu.
Prezident Buş Xarici müharibə veteranlarının qururltayında bildirib ki, terrorimzlə hüququn mühafizəsi kimi bəsit mübarizə aparılmamalıdır.
"Əksinə, Amerikanın təhlükəsizliyi naminə terroristlərə qarşı bütün milli qüdrət səfərbər edilməlidir" - deyə Corc Buş bildirib. Görüşdən əvvəl ABŞ dövlət başçısı demişdi ki, terrorizmlə mübarizənin gücləndirilməsi üçün müharibə veteranlarına dəstək artırılmalı, ordu müasirlədirilməli və kəşfiyyat icmasında birlik yaradılmalıdır.