Amerika prezidenti Corc Buş bir daha xəbərdarlıq edib ki, Rusiya Cənubi Osetiya və Abxaziya üzərində iddialar irəli sürməməlidir.Daha əvvəl prezident Buş bildirmişdi ki, dünya Rusiyanın işgalı ilə Gürcüstanda gənc demokratiyanın təhlükə altına düşdüyünü gördü.Avqustun 20-də Floridada xaricimüharibə veteranlarının qurultayında danışan prezident Buş bildirib ki, bu respublikalar Gürcüstanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin bir hissəsidir. "Amerika Gürcüstanın demokratiyasını dəstəkləməyə davam edəcək. Bizim hərbçilərimiz Gürcüstan xalqını ehtiyacı olan humanitar yardımlarla təminə davam edəcəklər. Cənubi Osetiya və Abxaziya Gürcüstanın bir hissəsidir və biz Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyünün təminatı üçün müttəfiqlərimizlə işləyəcəyik”.Prezident Buş Gürcüstan ərazisi ilə baglı müzakirə açmağın yersiz olduğunu və bütün digər ölkələr kimi, Gürcüstanın da sərhədlərinə hörmətlə yanaşılmasının zəruriliyini vurğulayıb. Amerika prezidenti xarici vetendaşlarla görüşdə Gürcüstanın terrorizmə qarşı mübarizədə tərəfdaş olduğunu xatırladıb. Bu arada, Rusiya BMT-nin Gürcüstan qətnaməsini dəstəkləməyəcəyini açıqlayıb. BMT Təhlükəsizlik Şurasında Rusiya nümayəndəsi Vitali Çurkin deyib ki, qətnamə Amerika təsiri altında hazırlanıb və atəşkəslə bağlı razılaşdırılmış bəndlərin hamısını əhatə etmir. O deyib ki, Rusiya Gürcüstandakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasına öz qətnaməsini təqdim edib. Moskva bildirib ki, Gürcüstanın daxili rayonlarından qoşunları avqustun 18-dən etibarən geri çəkməyə başlayacaq. Lakin bu prosesdə irəliləyişin olmadığına görə Rusiyaya qarşı tənqidlər artır.