Accessibility links

Bu gün Olimpiyadada 11 medal dəsti verilib


Bu gün Pekin Olimpiya Oyunları çərçivəsində müxtəlif idman növləri üzrə 11 medal dəsti verilir. Bu gün qazanılan ilk medalın sahibi rusiyalı Larisa İlçenko olub. O, üzgüçülük üzrə 10 kilometrlik marafon yarışında qələbə çalıb. İlçenko bütün müsabiqə boyu 2 Britaniya üzgüçüsündən geridə olsa da, sonda 59 dəqiqə, 27 saniyə göstərici ilə qalib gələ bilib. Bu gün sərbəst güləş üzrə 2 çəkidə də olimpiya çempionları müəyyən olub. Döşək üzərinə çıxan iki idmançımız Emin Əzizov və Çamsulvara Çamsulvarayev uğur qazana bilməyib. Onlar müvafiq olaraq 66 və 74 kiloqramda mübarizə aparıb. Emin Əzizovun çəkisində türkiyəli Şahin Ramazan, 74 kiloqramda isə rusiyalı Buvaysa Saytiyev olimpiya çempionu adına layiq görülüb. Hazırda Olimpiya cədvəlinə 45 qızıl medalla ev sahibi Çin komandası başçılıq edir.

XS
SM
MD
LG