Britaniyanın baş naziri
Əfqanıstanın təhlükəsizlik qüvvələrinə təlim məqsədilə əlavə maliyyə vəsaiti
ayıracağını bildirib. Bu gün Kabildə
keçirilən mətbuat konfransında çıxış edən Qordon Braun həmçinin Əfqanıstana
yardım üçün 120 milyon dollar vəd edib.
Bu gün erkən cənab Braun Helmənd vilayətində Britaniya əsgərləri ilə
görüşüb. Baş nazir deyir ki, Əfqan
ordusu ölkəyə nəzarət etmək üçün həcmini ikiqat artırmalıdır. Son günlər Əfqanıstanın qiyamçı hücumları
vüsət alıb.