Accessibility links

Barak Obama Delaver senatoru Co Baydeni vitse-prezidentliyə namizəd göstərib


ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama Delaver senatoru Co Baydeni vitse-prezidentliyə namizəd göstərib. Bu gün Obamanın veb səhifəsində yayımlanan xəbər Baydeninin seçiləcəyinə dair mətbuatdakı məlumatları təsdiq etmiş oldu. Barak Obama deyib ki, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Baydenin xarici siyasət sahəsindəki təcrübəsi qarşıya qoyulan məqsədlərə birbaşa xidmət edəcək. Bu gün Barak Obama və Co Bayden İllinoiiz ştatının Springfild şəhərində keçiriləcək yürüşün iştirakçısı olacaq. Bazar ertəsi isə Kolorado Ştatının Denver şəhərində təşkil ediləcək Demokratların Milli Qurultayı işinə başlayır. Respubliakçıların 4 günlük qurultayı isə bir həftə sonra Minnesota ştatının Seynt Pol şəhərində keçiriləcək.

XS
SM
MD
LG