Barak Obamanın vitse-prezidentliyə namizəd göstərdiyi Co Baydenlə müqayisədə Respublikaçılar partiyasının irəli sürəcəyi namizədin zəif olacağı gözlənilir. Belə ki, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bayden xarici siyasət sahəsində ekspert hesab edilir. Co Bayden həm də Buş administrasiyasının xarici siyasətinin kəskin tənqidçisi kimi tanınır. Bu yaxınlarda Gürcüstan, daha əvvəl isə İraqda səfərdə olan 65 yaşlı demokrat 1972-ci ildən Senatın üzvüdür. Roman katoliki olan Bayden Obamaya ağ amerikalıların dəstəiyini qazandıra bilər.