Əfqanıstandakı
ABŞ koalisiyasının rəsmiləri bildirir ki, dünən hava hücumları zamanı onlarla
mülki vətandaşın öldürülməsi haqda iddialar üzrə araşdırmalar başlanıb. Bu gün
açıqlanan xəbərdə koalisiya mülki vətəndaşların ölümü ilə bağlı bütün
iddiaların ciddi qarşılandığını bildirib. Əfqanıstan prezidenti Həmid Kərzai
hücumu tənqid edərək bunun yerli təhlükəsizlik rəsmiləri tərəfində koordinasiya
olunmadığını deyib. BMT-nin Əfqanıstandakı missiyasından isə bildirirlər ki,
hər hansı nəticəyə gəlməmişdən öncə nəyin baş verdiyini aydınlaşdırmaq
lazımdır. ABŞ və Əfqan rəsmilər Herat vilayətinin Şindand rayonunda keçirən
əməliyyatlar zamanı ölən və yaralananların sayı barədə müxtəlif məlumatlar
yayıblar. Birləşmiş Ştatlar sözçüsü 30 yaraqlının öldürülüdüyünü bildirib.
Əfqanıstan daxili işlər naziri isə dünənki hücum zamanı qadınlar və uşaqlar da
daxil olmaqla 76 mülki vətəndaşın həlak olduğunu açıqlayıb.