Accessibility links

Fey qasırğası 7 adamın ölümünə səbəb olub


Fey qasırğası tarix boyu ilk dəfə olaraq 4 dəfə sahilə yaxınlaşan qasırğa olub. Bu gün yenidən Floridanı təsirinə məruz qoyan qasırğa 7 adamın ölümünə səbəb olub. ABŞ prezidenti Corc Buş ştatda fövqəladə vəziyyət elan edib və federal rəsmilərə fəlakətdən sonrakı yardım səylərinin koordinasiya edilməsinə göstəriş verib. Güclü küləklə müşayiət edilən qasırğa 65 sm-lik yağıntıya səbəb olub. Yüzlərlə ev su altında qalıb, minlərlə insan evakuasiya edilib. Keçən həftə sonu Fey qasırğası Floridaya yaxınlaşmazdan əvvəl Karib dənizi hövzəsində 14 adamın ölümünə səbəb olmuşdu. Haiti, Dominikan Respublikası və Yamaykada da isnan tələfatı qeydə allınıb.

XS
SM
MD
LG