Tayvan
prezidenti Ma Yinq-ceu ölkəsinin müstəqilliyinin 50-ci ildönümündə Çini
barışığa və sülhə çağırıb. Tayvan adası
Kinmendə çıxış edən cənab Ma bir vaxtlar qətl meydanı olmuş ərazini sülh
məkanına çevirməyə səsləyib. Cənab Ma
deyir ki, Çin və Tayvan öz aralarındakı ümumi baxışlara diqqət yetirməli və
geniş əməkdaşlıq erasına daxil olmalıdırlar.
50 il bundan öncə Kinmen adası Mao Tsedonqun Kommunist qüvvələri ilə
Çianq Kay Şekin millətçi əsgərləri arasında şiddətli döyüş meydanı
olmuşdu. Cənab Çianqın millətçi
qüvvələri 1949-cu ildə vətəndaş müharibəsi nəticəsində Tayvana sıxışdırılmışdı.