İraq
polisinin bildirdiyinə görə, Bağdadda polisi hədəfə alan ardıcıl partlayışlar
zamanı 4 nəfər ölüb. Polis deyir ki, Nadha məhəlləsində baş verən bugünkü
partlayışların arasında çox az vaxt fərqi olub. Verilən məlumata görə, 3 nəfər
ilk parlayışdan sonra dünyasını dəyişib. İnsanlar birinci partlayışın
qurbanlarına köməyə gələn zaman ikinci partlayış həyata keçirilib. Dünən
Kərkükdə avtomobil dükanında intiharçı hücumu nəticəsində 5 nəfər həlak
olmuşdu. Onlar içərisində ABŞ qüvvələri ilə birgə işləyən Diyala
vilayətindən olan sünni yaraqlı lider
də olub. Dünən habelə ABŞ ordusu 3 aydır saxlanılan “Associated Press”
agentliyinin kameraçısını sərbəst buraxıb. Ordu bildirib ki, onun
təhlükəsizliyə hədə törətmədiyi müəyyənləşdikdən sonra bu qərara gəlinib.