Accessibility links

ABŞ-ın Vitse-Prezidenti Azərbaycana səfər edəcək


ABŞ-ın Vitse-Prezidenti Dik Çeyni gələn həftə regional turnesi çərçıvəsində Azərbaycana səfər edəcək. Bu barədə məlumatı Ağ Ev yayıb.

Xəbərdə deyilir ki, turne sentyabrın 2-i başlayacaq. Prezident Buş Vitse-Prezidentdən xahiş edib ki, Azərbaycan, Gürcüstan, Ukrayna və İtaliyaya səfər edərək, qarşılıqlı maraq doğuran məsələləri bu vacib partnyorlarla müzakirə etsin. Vitse-Prezident Azərbaycan Prezidenti Əliyev, Gürcüstan Prezidenti Saakaşvili, Ukrayna Prezidenti Yuşenko, İtaliyanın Prezidenti Napoliatano və Baş Naziri Berluskoni, eləcə də əlaqədar hökumətlərin yüksək rütbəli nümayəndələri ilə görüşəcək. Xarici liderlərlə olan bu görüşlərdən əlavə, Vitse-Prezident İtaliyada, Leyk Komoda “Dünya, Avropa və İtaliyada məlumat” adlı Ambrosetti forumunda iştirak və çıxış edəcək.


XS
SM
MD
LG