ABŞ dövlət katibi Kondoliza Raysın Yaxın Şərqdə sülh prosesi barədə danışıqları davam etdirmək üçün Tel Əvivə gəlməsindən bir neçə saat əvvəl İsrail 200 nəfər fələstinli məhbusu azad edib. Bu gün azad edilən məhbuslardan bəziləri Fələstin ərazisinə qədəm qoyan kimi torpağı öpüb. Fələsinlilərin prezidenti Mahmud Abbas azad edilən məhbusları qarşılamaq üçün Ramallahın küçələrinə çıxan yüzlərlə fələstinlinin qarşısında məhbusları salamlayıb. İsrail rəsmiləri məhbusların azad edilməsinin Fələstinlə sülh danışıqlarına müsbət təsir göstərəcəyini deyirlər.