Rusiya
prezidenti Dimitri Medvedyevin sözlərinə görə, onun ölkəsinin NATO ilə
əlaqələri dayandırıla bilər. Bunun səbəbi isə Rusiya qüvvələrinin Gürcüstana
müdaxiləsi barədə Qərb alyansı ilə Kreml arasındakı fikir ayrılıqlarıdır. Cənab
Medvedyev bu gün deyib ki, NATO ilə əlaqələrin kəsilməsinə dair hər hansı qərar
verilməsi hər iki tərəf üçün çətin olacaq: “Lakin buna səbəb Qərbin atdığı addımlardır”. Bu şərhlər Rusiyanın NATO-nu Qərb alyansı ilə hərbi əməkdaşlığını
dayandırması barədə məlumatlandırmasından bir neçə gün sonra səslənib. Rusiya
lideri habelə NATO üzvlərini Moskva ilə gərgin münasibətlərin artırılmasına
təhrikçilikdə ittiham edib. NATO genişlənməsini vurğulayan prezident Medvedyev
ölkəsinin hər tərəfdən NATO bazaları ilə əhatəyə alındığını bildirib.