Rusiya
qanunvericiləri prezident Dimitri Medvedyevdən Gürcüstanın separatçı
regionlarını müstəqil dövlət kimi tanımağı xahiş edib. Bu addım rəsmi Moskvanın
Qərblə münasibətlərini bir qədər də gərginləşdirir. Rusiya parlamentinin yuxarı
və aşağı palatası bu gün Cənubi Osetiya və Abxaziyanın tanınmasına çağıran
qətnaməni böyük səs çoxluğu ilə qəbul edib. Separatçı regionların diplomatik
tanınması barədə son çağırış cənab Medvedyevdən asılı olacaq. Yuxarı palatanın
spikeri Serqey Mironovun sözlərinə görə, Cənubi Osetiya və Abxaziyanın
müstəqilliyə hüquqları var. Rusiya 1990-cı illərdə bu regionları dəstəkləmiş, ancaq onların müstəqilliyini tanımamışdı.