Accessibility links

Mişel Obama ərinin qeyri-adi prezident olacağını deyib


Demokrat partiyasından ABŞ prezidentliyinə namizəd Barak Obamanın həyat yoldaşı partiya qurultayının açılış günündə ərinin qeyri-adi prezident olacağını bildirib. Mişel Obamanın dünən gecə Denverdə nitqi amerikalıları namizədin vətənpərvərliyinə inandırmağa yönəlmişdi. O, özü və ərinin uşaqlığından və ictimai xidmətlərindən danışdı. Mişel Obamanın çıxışından sonra Obamaların 2 qızı tribunaya çıxdı və Barak Obama video-bağlantı vasitəsilə qurultay iştirakçılarını salamladı.

Dünənki gecənin başqa böyük hadisəsi Massaçusets senatoru Edvard Kennedinin gözlənilməz çıxışı oldu. Beyin xərçəngi diaqnozu qoyulmuş Kennedi liderlik məşəlini Obamaya ötürdüyünü bildirdi.

XS
SM
MD
LG