Əfqanıstan
rəsmilərinin bildirdiyinə görə, polis dünən Nanqarhar vilayətində oğurlanmış
yapon yardım işçisinin cəsədini tapıb. Rəsmilər deyir ki, Kazuya İto odlu
silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. 31 yaşlı İto qeyri-hökumət
qrupu olan “Peşavar-Kay”-da işləyirdi. Qrup Əfqanıstan və Pakistanda tibbi
əməliyyatlar həyata keçirir. Bununla yanaşı, Əfqan rəsmilərin sözlərinə görə,
bazar ertəsi keçirilən əməliyyatlar zamanı 30-dan çox Taliban yaraqlısı
öldürülüb. Əfqan və koalisiya qüvvələri Helmənd vilayətində 18 Taliban
yaraqlısını zərərsizləşdiriblər. Bundan başqa Helmənddə hava hücumu nəticəsində
daha 12 yaraqlı öldürülüb.