"Amerika və Avropa
Qarabağ məsələsini Rusiyasız daha aktiv həll edə bilərlər". Bunu "Amerikanın
səsi" radiosuna müsahibəsində Hadson Araşdırmalar Mərkəzinin Avrasiya
proqramının direktoru Zeyno Baran bildirib. O deyib ki, bundan sonra Qarabağ
danışıqlarında yeni mərhələ başlaya bilər: "Fərqli mərhələnin
başlanacağını gözləyirik. Çünki Gürcüstandakı proseslər və Amerika ilə NATO-nun
Rusiya ilə gərginləşən münasibətlərindən sonra Minsk prosesinin davam etməsi
mümkün deyil".
Ekspert diqqəti ona
yönəldib ki, Gürcüstandakı
böhrandan sonra Qərbin dondurulmuş münaqişələrə yanaşmasında ərazi bütövlüyü
prinsipi xüsusilə vacib götürülür.
"Kosovoda vəziyyət
fərqli idi. Ancaq Rusiyanın Gürcüstandakı davranışlarından sonra Qərb indi
ərazi bütövlüyü məsələsində daha konkret şəkildə Azərbaycanın yanında olacaq",
- deyə ekspert vurğulayıb.
Zeyno Baranın fikrincə,
erməni diasporu və daxili siyasət Amerika üçün indi Qafqazı qorumaq və enerji
təhlükəsizliyini təmin etmək ehtiyaclarından vacib deyil.
"Odur ki, real siyasət
hazırda Vaşinqtonda Ermənistanla müqayisədə Azərbaycanın əhəmiyyətini
artıracaq", - deyib Zeyno Baran.
Politoloq habelə
bildirib ki, Qərb Rusiyanın
qarşısında aciz deyil.
Tezliklə Qafqazda
Şərq-Qərb enerji dəhlizinin və neft kəmərlərinin təhlükəsizliyini artıracaq
tədbirlər görülməlidir. Bunun üçün Tbilisiyə maddi və hərbi yardımlar ediləcək.
"Daha əvvəl NATO-nun
BTC-nin təhlükəsizliyində iştirakını senator Luqar gündəmə gətirmişdi": - deyə
Zeyno Baran xatırladıb.
ABŞ-ın vitse-prezidenti
Dik Çeyninin gələn həftə regiona planlaşdırılan səfərinə toxunan ekspret
bildirib ki, məqsəd enerji dəhlizinin təhlükəsizliyini və bölgədəki vəziyyəti
nəzərdən keçirməkdir. Onun fikrincə,
yüksəkrütbəli Amerika rəsmisi Bakıda və Tbilisidə Qərbin bu ölkələrin
yanında olduğu mesajını verəcək.