Accessibility links

ABŞ Ənbar vilayətində təhlükəsizlik nəzarətini yerli qüvvələrə təhvil verəcək



Iraq rəsmiləri bildirirlər ki, Birləşmiş Ştatlar gələn həftənin bazar ertəsi Anbardakı təhlükəsizlik nəzarətini İraq qüvvələrinə təhvil verəcək. Amerika Donanmasının korpus komandiri general Ceyms Konvey bildirib ki, regionda donanmanın xeyli təkmilləşmiş qüvvələri var və onlar orada əməliyyatlardan daha çox yenidənqurma ilə məşguldurlar. O deyib ki, dəniz piyada qüvvələri əyalətdə 25 min əsgər saxlayır və bu lazım olduğundan artıqdır. Amerika hərbçiləri Anbardakı təhlükəsizlik nəzarətini İraq qüvvələrinə təhvil verməli idi, ancaq bu proses yubanıb.

XS
SM
MD
LG