Accessibility links

Celalettin Yavuz: “Türkiyə Qarabağ məsələsini iqtisadi amillərlə həll etmək istəyir”


"Türkiyə Qarabağ məsələsini iqtisadi amillərlə həll etmək istəyir". Bunu "Amerikanın Səsi"nə müsahibəsində Ankaradakı Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin eksperti Celalettin Yavuz deyib.
O bildirib ki, Ankaranın "Qafqaz evi" təklifi altında son siyasi həmlələrində məqsəd Ermənistanı özünə iqtisadi baxımdan bağlamaq və bu yolla Yerevana təsir etməkdir.
"Turkiyədə hansı qüvvə hökumətə gəlsə də, qardaş Azərbaycanın əleyhinə addım atmaz. Amma regiondakı son hadisələrin fonunda Qərb ittifaqı içərisində ikən Türkiyə Qarabağ məsələsinin Ermənistanla iqtisadi əməkdaşlıq altında həllinə nail olmaq fikrindədir. Əlbəttə, bu siyasət hələ tam konkretləşməyib. Amma bu yol görünür", - deyə ekspert vurğulayıb.
Ekspert ehtimal edir ki, Ankara Qarabağla bağlı yeni siyasətini avqustun 29-da Turkiyədə səfərdə olan Azərbaycanın xarici işlər nazirinə izah edib.
Onun məlumatına görə, tezliklə Ermənistanın xarici işlər nazirinin də Türkiyəyə səfəri planlaşdırılıb.
Bununula yanaşı, Celalettin Yavuz deyib ki, erməni ordusu Dağlıq Qarabağdan çıxmayana qədər və Yerevan "soyqırım" məsələsində güzəştə getməyincə Ankaranın Ermənistanla münasibətlərini intensivləşdirməsi səhv yoldur.

XS
SM
MD
LG