Accessibility links

Türkiyənin barıt zavodunda partlayışlar baş verib


Türkiyənin Kırıkkalə vilayətindəki barıt zavodunda iki partlayış baş verib. Vilayətin qubernatoru Mustafa Dəmirəl Türkiyə mediasına bildirib ki, zavodda baş verən iki partlayış azı 2 nəfərin ölümünə, 16 nəfərin isə yaralanmasına səbəb olub. Partlayışdan sonra zavodun üzərinin tüstü ilə örtüldüyü, yaxınlıqdakı binaların şüşələrinin sındığı və təcili yardım maşınlarının həmin əraziyə tələsdiyi xəbər verilib. Hələlik partlayışın səbəbləri məlum deyil.

XS
SM
MD
LG