Türkiyə xarici
işlər nazirinin sözlərinə görə, hökumət Rusiyanın Türkiyəyə ixrac mallarına
qoyduğu məhdudiyyətlərə cavab verəcək. Kurşad Tuzmen jurnalistlərə deyib ki,
Türkiyə öz növbəsində bazar ertəsindən başlayaraq Rusiyanın ixrac mallarına
qarşı ölçülər götürəcək. Türk rəsmilərin bildirdiyinə görə, Türkiyə yük
maşınları Rusiya sərhəddində tıxac yaradıblar. Nazir Tuzmen isə Türkiyənin ən
böyük ticarət partnyoru olan Rusiyaya qarşı hansı ölçüləri götürəcəyini
açıqlamayıb. Türkiyə Rusiyanın Gürcüstanın separatçı regionlarının
müstəqilliyini tanımasını tənqid edən NATO-nun üzvüdür. Hərbi Alyans Moskvanın
bu addımına düzəliş etməyə çağırıb.