Accessibility links

İran dünyaya sərt mesaj göndərdi


İranın ali hərbi komandirlərindən birinin sözlərinə görə, İrana qarşı hər hansı hücum yeni dünya müharibəsinin başlanması demək ola bilər. Bu barədə bu gün Briqada Komandiri General Masud Yazayeri İran dövlət mətbuatında şərh verib. General Yazayerinin bildirdiyinə görə, ABŞ və Sionizmin qarşısı alınmaz tamahkarlığı dünyanı uçuruma aparır. O xəbərdarlıq edib ki, hücum olacağı təqdirdə saxta və qondarma rejimlər ilk olaraq aradan qaldırıla bilər. İran və ABŞ arasında İranın nüvə proqramı barədə fikir ayrılığı var. İran deyir ki, atom proqramı dinc məqsədlər üçündür, ancaq ABŞ və müttəfiqləri İranı nüvə silahı istehsal etməyə çalışmaqda ittiham edir.

XS
SM
MD
LG