Accessibility links

Vladimir Putin Avropanı sanksiyalar tətbiq etməməyə səsləyir


Rusiya baş naziri Vladimir Putin Avropa Birliyini Gürcüstanın Rusiyaya sanksiyalar çağırışını rədd etməyə çağırıb. Bugün Almaniyanın ARD televiziyasına müsahibə verən cənab Putin 27 dövlətlik bloku Gürcüstan münaqişəsi ilə bağlı onun dilində obyektiv və rasional mövqe tutmağa səsləyib. O, Gürcüstan prezidenti Mixail Saakaşvilini münaqişəni başlatmaqda ittiham etmiş, və ABŞ-ı Gürcüstanı dəstəklədiyinə görə tənqid etmişdir. Gürcüstan xarici işlər nazirliyi bu gün bəyan edib ki, bütün sərhəd məntəqələrində Rusiya vətəndaşlarına visa verilməsi dayandırlıb. Habelə dünən Gürcüstan Rusiya ilə bütün diplomatik əlaqələri kəsdiyini elan edib.
XS
SM
MD
LG