Pakistan
təhlükəsizlik qüvvələrinin rəsmiləri bildirilər ki, dünən ölkənin
şimal-qərbindəki Svat vadisində yaraqlıarın hədəflərinə edilən hava hücumu
nəticəsində azı 40 yaraqlı öldürülüb. Əməliyyatın məqsədi vadini yaraqlılardan
təmizləməkdir. Talibanpərəst ruhani Mövlana Fəzlullah Svat vadisində şəriyyətə
əsaslanan hökumət yaradana qədər vadi turist mərkəzlərindən biri sayılırdı. May
ayında Pakistan hökuməti ruhani Fəzlullahla sülh müqaviləsi bağlamasına
baxmayaraq, yaraqlılar hücumlarını davam etdirirlər.