ABŞ
metereoloqları deyir ki, Qustav qasırğası güclü fırtınaya çevrilib və Kubanın
qərbini təsirinə məruz qoymamışdan öncə daha da güclülə bilər. Son məlumata
görə, Qustavın sürəti 195 kilometr saat-a qalxıb, bu isə qasırğa cədvəlinə
görə, 3-cü kateqoriya deməkdir. Qustav bu gün daha da
güclənə və Kubanın bəzi qərb ərazilərində yarım metrlik yağışlara səbəb ola
bilər. ABŞ Milli Qasırğa Mərkəzindən bildirirlər ki, Qustav sabah Meksika
körfəzinin cənubuna bazar ertəsi isə mərkəzə hərəkət edəcək. Qasırğa ABŞ-ın
körfəz sahillərinin isti sularından daha çox güc yığa bilər. Metereoloqlar
Qustavın ABŞ-ın cənubunda Floridadan tutmuş Texasa kimi istənilən ərazini
cənginə ala biləcəyini istisna etmirlər.