Accessibility links

"Qustav" ABŞ sahillərinə istiqamət alıb


Güclü “Qustav” qasırğası Kubanı təsirinə məruz qoyandan sonra ABŞ-ın körfəz sahillərinə istiqamət alıb. Qasırğa Kubada güclü dağıntılara səbəb olsa da, ölən və yaralanan olmayıb. “Qustav”ın Kubadan keçərkən zəifləməsinə baxmayaraq, onun Meksika körfəzinin mülayim sularından yenidən güc alacağı gözlənilir. ABŞ Qasırğa Mərkəzi siklon barədə xəbərdarlıq edərək bildirib ki, qasırğa şəraiti sabah erkən saatlarda gözlənir və o, Nyu Orlean da daxil olmaqla sahil hissələri cənginə alacaq. Mərkəzin məlumatına görə, hazırda “Qustav”ın küləyinin sürəti 200 kilometr / saata düşüb. Kubada olarkən isə bu tropik siklonunun gücü 240 km/saat olub. Meteoroloqlar deyir ki, “Qustav” 3 il əvvəl qeydə alınan “Katrina” qasırğasından sonra müşahidə olunan ən güclü qasırğa ola bilər.

XS
SM
MD
LG