Accessibility links

Çində zəlzələ insanları təşvişə salıb


Çinin dövlət mətbuatının məlumatına görə, şənbə günü ölkənin cənub – qərbində 28 nəfərin ölümü ilə nəticələnmiş zəlzələnin baş verdiyi ərazidə təşviş yaşanır. Şinhua xəbər agentliyi bildirir ki, xilas etmə dəstələri zəlzələnin təsirinə məruz qalmış Siçuan və Yunnan vilayətlərinə ərzaq, su və çadır aparıb. Agentliyin bildirdiyinə görə, dünənki zəlzələ 100 mindən çox evi dağıdıb, 600 min insanı isə təsirinə məruz qoyub. Rəsmilər ən azı 238 nəfərin müxtəlif dərəcəli xəsarət aldığını bildiriblər. Güclü yağışlar və zəif kommunikasiya xilasetmə dəstələrinin işini çətinləşdirir. Dünən baş vermiş yeraıltı təkanın episentri Siçuan vilayəti ilə Yunnan sərhədi yaxınlığındakı Panzihua şəhərindən 30 kilometr cənub - şərqdə yerləşir.

XS
SM
MD
LG