Birləşmiş
Ştatların başçılıq etdiyi koalisiya, Əfqanıstan hökuməti və BMT avqustun 22-də 90 mülki vətəndaşın
həlak olması ilə nəticələnən hucumla bağlı birgə araşdırması aparılmasına
razılıq veriblər. Birləşmiş Ştatların başçılıq etdiyi koalisiyanın bildirdiyinə
görə, Herat vilayətində yaraqlıların
hucumundan sonra hərbi təyyarələr hucuma keçmiş, nəticədə 25 yaraqlı və
5 mülki vətəndaş həlak olmuşdu. NATO-nun başçılıq etdiyi beynəlxalq yardım qüvvələrinin sözçüsü briqada generalı Riçard Blançet deyib ki, birgə təhqiqatın məqsədi
itkilər barədə ziddiyyətli
məlumatlara aydınlıq gətirilməsidir.