Accessibility links

ABŞ İraqın 11-ci vilayətini də təhvil verib


Birləşmiş Ştatlar hərbçiləri Anbar vilayətinin nəzarətini İraqın təhlükəsizlik qüvvələrinə təhvil veriblər. Vaxtilə Anbar vilayəti İraqın ən təhlükəli regionu sayılırdı. Hazırda isə orada sakitlikdir. Beləliklə Birləşmiş Ştatların hərbçiləri İraqın 18 vilayətindən 11-ni İraqın təhlükəsizlik qüvvələrinə təhvil veriblər. Amerika hərbi qüvvələri Anbar vilayətindəki bazalarını tərk edəcəklər. Anbar vilayətinin sakinləri əsasən sünnidir. Onlar 2003-cü ildə Amerika hərbi qüvvələrinin İraqa müdaxiləsindən az sonra, Birləşmiş Ştatların hərbi qüvvələrinə qarşı çevrilmişdi. Vilayətin Falluca və Ramadi kimi şəhərləri yaraqlıların istehkamına çevrilib.

XS
SM
MD
LG