Accessibility links

ABŞ Mətbuatı: Qərbin Rusiya ilə münasibətləri soyuyur


Avropa Birliyi Rusiyaya iqtisadi sanksiyalar tətbiq etmək fikrindən vaz keçdi, amma bildirdi ki, Moksva ilə tərəfdaşlıq haqda geniş danışıqları dayandırır. Washinqton Postun yazdığına görə Avropa Birliyinin Brüsseldə qərar verməsindən öncə Rusiya beynəlxalq sülhməramlı qüvvələrin regiona gəldiyi və separatçı regionların toxunulmazlığına qaranti verdiyi təqdirdə Gürcüstan ərazisindən geri çəkiləcəyini bildirmişdi. Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdıqdan sonra Britaniya və Şərqi Avropa millətləri Rusiyaya qarşı daha sərt tədbirlərin görülməsinə çağırdılar. Lakin başqa dövlətlər Kremllə dialoqun davam etdirilməsinə səsləyərək, sanksiyaların əks effekt verəcəyini bildirirlər. Fransız həmkarına zəng edən Rusiya prezidenti Dmitri Medvedev Rusiyanın öz qüvvələrini müharibədən əvvəlki mövqelərə çəkməyə hazır olduğuinu bildirib. Röyterz xəbər agentliyi də Almaniya kansleri Angela Merkelə istinad edərək rus qoşunlarınnın Poti və Senakidən çıxarılacağını deyir. Rusiya habelə atəşkəs zonasına göndərilən 100 Avropa hərbi müşahidəçilərinin sayının artırılacağına razılığını ifadə edib.

Eyni zamanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Gürcüstan prezidenti Mixail Saakaşvilini qeyri-stabil müharibə kriminalı kimi təsvir etməsi və Qərb dövlətlərini bu rejimə dəstək verməməyə çağırışı Qərb paytaxtlarında qəzəb doğurub. Avropa Birliyinin qəbul etdiyi qətnamə Moskvanın Gürcüstana qarşı qeyri-proporsional qüvvə işlətməsini və separatçı Abxaziya və Cənubi Osetiya regionlarını tanımasını pisləyir. Lakin gözlənilənlərin əlsin olaraq qətnamə Avropa təbi qazının 40 faizini təchiz edən Rusiyaya qarşı sanksiyalar nəzərdə tutmur.

Bu arada Gürcüstanın bildirdiyinə görə evlərindən didərgin düşmüş 150 min Gürcü ağır vəziyyətdə yaşayırlar. New York Times qəzetinin müxbirləri Dan Bilefski və Maykl Şvartz bu günlərdə regionda olublar. Onların yazdığına görə hərbi əməliyyatlar dayanandan 3 həftə sonra hələ də bir çoxları yanmış və minalanmış kəndlərinə qayıtmağa cürət etmirlər. 51 yaşlı Meri Tamazaşvili BMT-nin Qori civarında təşkil etdiyi müvəqqəti qaçqın düşərgəsində qalır. Düşərgənin nəzdində yerləşən Qoridə bu şəhərin ən məşhur oğlu İosif Stalinin heykəli boylanır. Meri rusların zəbt etdiyi kəndində ağacların arasında gizlənərək həyatını xilas etdiyini xatırlayır. Vanati kəndindən ola Tatyana Nibaridze deyir ki, onun 85 yaşlı qonşusunu Ossetin banditlər öldürüblər və cəsəd 4 gün yolun ortasında qaldıqdan sonra yandırılıb. BMT düşərgələrində toplaşmış 4500 qaçqının əksəriyyəti Cənubi Ossetiyadakı evlərinə qayıtmaq istəyirlər. Lakin bir çoxları həyatları üçün qorxur. BMT Qaçqın Agentliyinin məlumatına əsasən münaqişə nəticəsidnə 128 min Gürcü evlərindən didərgin düşüb. Onlardan 30 mini Cənubi Osetiyadandır.

XS
SM
MD
LG