Accessibility links

Rusiya “Qafqaz evi”nə tərəfdardır


Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin "Qafqaz evi" yaratmaq ideyasını dəstəkləyib. "Amerikanın səsi"nin Türkiyə Bürosunun məlumatına görə, cənab Lavrov bunu sentyabrın 2-də, İstanbulda türkiyəli həmkarı Əli Babacanla görüşdən sonra bildirib.
Rusiya xarici işlər nazirinin səfəri Azərbaycan və Gürcüstanın XİN rəhbərlərinin ötən həftə Türkiyəyə işgüzar ziyarətlərindən sonraya təsadüf edir.
Türkiyənini xarici işlər naziri Əli Babacan ölkəsinin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi məsələsində Rusiya ilə fikir ayrılığı yaşadığına işarə edərək, bunun ikitərəfli münasibətlərə təsir göstərmədiyini vurğulayıb. Öz növbəsində Lavrov bildirib ki, Türkiyənin NATO üzvü olması və Gürcüstan məsələsinə yanaşması qarşılıqlı münasibətlərə zərər vura bilməz. Bununla yanaşı, Rusiyanın xarici işlər naziri NATO ölkələrinin Gürcüstanı silahlandırmasından narazılığını bildirib, habelə Rusiyanın İrana S-300 silahları satması barədə məlumatları təkzib edib.
İki nazir həmçinin son günlərdə Rusiya ilə Türkiyə arasında gömrük sahəsində yaranmış problemi də müzakirə ediblər. Belə ki, Moskva Ankaranın Gürcüstana gedən Amerika hərbi gəmilərinə keçid üçün icazə verməsindən sonra Türkiyə ilə sərhəddə gömrük yoxlamalarını sərtləşdirmişdi. Ankada da cavab olaraq sərhəddə Rusiya yük maşınlarının keçid qaydalarını sərtləşdirmişdi. Babacanla danışıqdan sonra Lavrov problemin həlli üçün Rusiyanın baş naziri Vladimir Putinlə görüşəcəyini vəd edib. Nazirlər görüşdə ölkələrarası ticarət dövriyyəsinin həcminin illik 20 milyard dollardan 25 milyard dollara çatdırılmasının vacibliyini vurğulayıblar.

XS
SM
MD
LG