Accessibility links

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edir


Rusiya xarici işlər naziri ikitərəfli ticarət mübahisələri barədə danışıqlar aparmaq üçün Türkiyəyə səfər edib. Bu mübahisələrin Rusiya-Gürcüstan münaqişəsindən qaynaqlandığı istisna edilmir. Sergey Lavrov bu gün İstanbulda Türkiyə xarici işlər naziri Əli Babacanla görüşür. Rəsmi Ankara dünən ölkəyə daxil olan Rusiya mallarının gömrükdə daha ciddi yoxlanışını əmr edib. Buna səbəb isə Türkiyə yük maşınlarının Rusiyaya daxil olmasına problemlərin yaradılmasıdır. Rusiyanın bu addımı Türkiyənin ABŞ hərbi gəmilərinə Dardanel Boğazından Gürcüstana yardım çatdırmasına icazə verməsindən sonra baş verib. Əsasən təbii qaza görə, Rusiya Türkiyənin ən böyük ticarət partnyorudur. Türkiyənin ticarət naziri Kürşad Tüzmən deyib ki, Rusiyanın yeni gömrük qaydaları Türkiyəyə 3 milyard dollar məbləğində ziyan vura bilər.

XS
SM
MD
LG