Accessibility links

Dmitri Medvedev Gürcüstan prezidenti ilə təmas qurulmayacağını deyib


Rusiya prezidenti Dmitri Medvedev Gürcüstan prezidenti Mixail Saakaşvili ilə heç bir təmas qurulmayacağını bildirib. İtalyan televiziyasına müsahibəsi zamanı prezident Medvedev deyib ki, Rusiya Saakaşvilini "siyasi meyit" hesab edir. Bundan əvvəl Rusiya Moskva ilə tərəfdaşlıq münasibətlərini kəsdiyinə görə Avropa İttifaqını tənqid etmişdi. Dünən Gürcüstana Rusiya ilə diplomatik əlaqələrə son qoyulduğunu elan etmişdi.

XS
SM
MD
LG