ABŞ
senatoru Con Makken dünən Respublikaçılar partiyasının prezidentliyə
nominasiyasını aldıqdan sonra Viskonsin, Miçiqan və Koloradoda kampaniyasını
davam etdirir. Makkeyn dünən
Minnesotanın Sent Pol şəhərində rəsmən partiyasının nominasiyasını qəbul
etdi. O, xəbərdarlıq etdi ki,
vitse-prezidentliyə namizəd tərəfdaşı Sara Peylinlə birgə seçilərsə onda
Vaşinqtondakı səriştəsiz izdihamı titrədəcək.
Veteran Arizona qanunvericisi özünün Demokratlarla birgə əməkdaşlıq
göstəricilərini nümayiş etdirərək prezident qismində də iki partiyalı səyləri
davam edəcəyini söylədi. Makkeyn eyni
zamanda Demokrat namizəd Barak Obama ilə arasında ciddi fərqlərin olduğunu
bildirdi. Onun sözlərinə görə İlinoy
senatoru vergiləri artırmaq və hökumət
xərclərini çoxaltmaq istəyir. Respublikaçıların prezident namizədi Con Makkeyn partiyasının ənənəvi qurultayının son günündə etdiyi çıxışında milli təhlükəsizlik, enerji və iqtisadi məsələləri önə çəkdi. Senator Makkeyn hərbi pilot olaraq ölkəsinin xidmətində ikən Vyetnamda əsir düşdüyünü və beş il yarım müharibə əsiri olaraq bu ölkədə saxlandığını xatırlatdı.