Accessibility links

Şimali Vəziristana raket hücumları davam edir


Pakistan təhlükəsizlik qüvvələrinin rəsmiləri bildirirlər ki, Əfqanıstanla sərhəddə, tayfaların yaşadığı Şimalı Vəziristanın Gurmak kəndinə raket hücumu nəticəsində 5 nəfər həlak olub. Rəsmilərin bəziləri ölənlərin yaraqlı, digərləri isə uşaq və qadınlar olduğunu deyirlər. Raketin ABŞ hərbçilərindən qaynaqlandığına dair şübhələr var. Şahidlər deyirlər ki, onlar kəndin üzərindən naməlum bir təyyarənin uçduğunu görüblər.

Pakistan ordusunun sözçüsü, general-mayor Atar Abbas deyib ki, o, bu hücum barədə məlumat əldə edib. Pakistan rəsmiləri dünən bildiriblər ki, başqa bir raket Şimalı Vəzirinstanın Məhəmməd Xel bölgəsində 4 yaraqlının ölümünə səbəb olub. Bu hücumalara görə kimin məsuliyyət daşıdığı hələlik bilinmir.

XS
SM
MD
LG