Accessibility links

İran prezidenti  Pekindədir


İran prezidenti Mahmud Əhmədinejad bu gün Pekində Çin prezidenti Hu Tsuntau ilə görüş keçirib. Çin lideri Əhmədinejada may ayının 12-i baş verən və 80000 insanın ölümünə səbəb olan zəlzələdən sonrakı dəstəyinə görə təşəkkürünü bildirib. Bir günlük səfərlə Pekində olan İranın dövlət başçısı Pekindəki Paralimpiya oyunlarının açılış mərasimində iştirak edib, iranlı idmançılarla görüşüb. Çin İranın nüvə proqramı ilə bağlı ABŞ, Britaniya, Fransa, Rusiya və Almaniyanın keçirdiyi danışıqların iştirakçısıdır.

XS
SM
MD
LG