Accessibility links

Abdulla Gül Yerevandır


Türkiyə prezidenti Abdulla Gül futbol oyununa baxmaq üçün bu gün Ermənistana çatıb. Cənab Gülün səfəri rəsmi deyil, ancaq o, Ermənistana səfər edən ilk türk lideridir. Onun Ermənistan prezidenti Serj Sarkisyanla görüşü gözlənilir. Gün ərzində cənab Gül Ermənistan və Türkiyə futbol komandaları arasında Dünya Çempionatının təsnifat mərhələsində keçiriləcək oyunu izləmək üçün stadiona gedəcək. Türkiyəni tərk etməmişdən öncə cənab Gül deyib ki, bu futbol oyununun iki ölkə arasında maneələrin qaldırılmasına yardımçı olacağına inanır. Onun sözlərinə görə, Ermənistan və Türkiyə ümumi tarixi böülüşür və regional sülh və stabilliyin əldə olunmasına çalışır.

XS
SM
MD
LG