Accessibility links

Qəndəharda polis qərargahına hücum edilib


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, Qəndəhar şəhərində polis qərargahına iki intiharçı hücumu nəticəsində polis işçiləri də daxil olmaqla, altı nəfər həlak olub. Rəsmilər hücumu həyata keçirən intiharçıların özlərini binanın qarşısında partladıqlarını bildiriblər. Onların verdiyi məlumata görə, hədəf alındığı ehtimal edilən polis rəisi Əbdül Raziq hadisə nəticəsində yaralanıb. Hücumdan sonra Əfqanıstan hərbi qüvvələri dərhal qərargahı mühasirəyə alıb. Bu gün habelə, ABŞ və və Əfqanıstan rəsmiləri ayrı-ayrı insidentlər zamanı 20-yə yaxın yaraqlının qətlə yetirildiyini bildiriblər. ABŞ hərbi qüvvələrinin şərqdə Xost vilayətində həyata keçirdiyi hücum nəticəsində 10 yaraqlı, Helmənd vilayətində isə polis postuna hücum zamanı daha 10 yaraqlı qətlə yetirilib.

XS
SM
MD
LG