Accessibility links

Kondoliza Rays ABŞ-ın İraqla münasibətlərinin şəffaf olduğunu deyib


Mərakeşdə səfərdə olan ABŞ dövlət katibi Kondoliza Rays deyib ki, Birləşmiş Ştatların İraq hökuməti ilə şəffaf, siyasi və diplomatik münasibətləri var. Xanım Rays bu bəyanatı ABŞ jurnalisti Bob Vudvardın öz kitabında İraqın baş katibi Nuri Əl-Maliki və digər İraq liderlərini Birləşmiş Ştatların izlədiyini yazmasından sonra verib.

Bu gün İraqın Mosul şəhərində maşına yerləşdirilimiş bomba partlayışı bir polis işçisinin ölümünə, 4 mülki vətəndaşın yaralanmasına səbəb olub. Hücumun məsuliyyətini hələ üzərinə götürən olmayıb. Digər bir xəbərdə isə bildirilir ki, Diyala vilayətində məhəllə patrolunun lideri öz evindən oğurlanıb. Oğurlanmanın səbəbi məlum deyil.

XS
SM
MD
LG