Accessibility links

Barak Obama Respubliaçı rəqibi Con Makkeyni kəskin tənqid edib


ABŞ prezidenti seçkilərində Demokrat namizəd Barak Obama Ohayo və Virciniya ştatlarında keçirdiyi görüşlərdə Respubliaçı rəqibi Con Makkeyni kəskin tənqid edib. Barak Obamanın bazar ertəsi günü yayımlanmağa başlayan seçki reklamında senator Makkeyn və onun kampaniya tərəfdaşı, Alyaska ştatının qubernatoru Sara Peylin hökumətdə dəyişklik yaradacaqlarına dair iddialarının həqiqətə uyğun olmadığı deyilir.

Con Makkeyn və Sara Peylin bazar ertəsi günü kampaniyanı Missuri ştatında davam etdiriblər. Arizona ştatından senator Makkeyn hökumətdə islahatlar apracağına söz verib. O, daxili siyasətdə prioritetləri açıqlayaraq deyib ki, onun vergilərin ixtisarı planı yeni iş yerlərinin açıqlanmasına xidmət edəcək, senator Obamanın planı isə onların enməsinə gətirib çıxaracaq. Respuiblikaçılar bu gün kampaniyanı Ohayo və Pensilvaniyada aparacaqlar.







XS
SM
MD
LG