Accessibility links

Prezident Buş İraqdan 8 000 əgsərin çıxarılacağı barədə bəyanat verdi


Birləşmiş Ştatlar prezidenti Corc Buş gələn ilin fevral ayında İraqdan 8 000 ABŞ əsgərinin çıxarılacağı barədə bu gün bəyanat verib. Cənab Buş İraqda zorakılıqların xeyli azaldığını və onun sözləri ilə “müvəffəqiyyətlə” irəlilədiyini deyib. Cənab Buş deyib ki, İraq qüvvələri artıq ölkədəki yararqlılara qarşı mübarizəni və təhlükəsizliyin təmin edilməsini öz üzərinə götürməlidir.

Prezident Buş Əfqanıstanla Pakistan sərhədlərində Taliban və Əl-Qaidə qüvvələrinə qarşı mübarizədə Pakistana dəstək verəcəyinə də söz verdi.

XS
SM
MD
LG